Yeniyetmə şahmatçılarımız dünya çempionatında liderlər qrupunda yer alıblar | |
Hindistanda 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında təmsilçilərimiz uğurlu çıxışlarını davam etdirirlər. 14 yaşlı idmançılar arasında açıq turnirdə mübarizə aparan Aydın Süleymanlı 9-cu turda növbəti qələbəsini qazanıb. O, 7,5 xalla ilk pillədə qərarlaşıb. Şahmatçımız 10-cu turda vyetnamlı Thien Phuc Vo Phamla mübarizə aparacaq. Digər şahmatçımız 14 yaşlı qızlar arasında mübarizə aparan Ayan Allahverdiyeva da uğurla çıxış edir. O, 7 xalla üçüncü pillədədir. A.Allahverdiyevanın növbəti turda rəqibi rusiyalı Yekaterina Nasyrova olacaq. Turnir 11 turdan ibarətdir. |
|
Xəbər 721 dəfə oxundu. |
|
|