Hər 3 təmsilçimizə zəif rəqib düşə bilər
Avropa Liqasına I təsnifat mərhələsindən başlayacaq klubların siyahısı genişlənib. İdman.com.az saytının məlumatına görə, turnirə vəsiqə qazanan yeni komandaların müəyyənləşməsi püşkatma zamanı istifadə olunacaq səbətlərin tərkibinə də təsir edib. Belə ki, artıq cəmi 5 klubun hansı səbətdə yer alacağı bilinmir.

Vəziyyət Azərbaycan klublarına da təsir edib. Avroliqada hər 3 təmsilçimiz səpələmişlər sırasına düşüb. Bu isə hər 3 təmsilçimizə nisbətən asan rəqib vəd edir.

I təsnifat mərhələsi

Səpələnmişlər: “Tvente” (Niderland), “Lex” (Polşa), “Rusenborq” (Norveç), “Elfsborq”, “Kalmar” (hər ikisi -İsveç), “Aktobe” (Qazaxıstan), “Sent Patriks”, “Bohemians” (İrlandiya), “Bakı”, “İnter”, “Xəzər Lənkəran” (hamısı - Azərbaycan), “Qomel” (Belarus), “Hafnarfyordur” (İslandiya), “Pünik” (Ermənitan), “Metallurq” (Latviya), “Banqor Siti” (Uels), “Suduva” (Litva), “Tirana”, “Şkendiya” (Albaniya), “Stabek” (Norveç), “Renova” (Makedoniya), “Osiyek” (Xorvatiya), “Levadiya” (Estoniya), “MyuPA”, “Kuopio” (Finlandiya), “Senisa” (Slovakiya), “Daçiya” (Moldova), “Borats” (Bosniya və Herseqovina), “Differdanj” (Lüksemburq), “Yaqodina” (Serbiya), “Birkirkara” (Malta), “Streymur” (Farer adaları), “Olimpiya” (Sloveniya), Çernoqoriya təmsilçisi, 3 qeyri-müəyyən

Səpələnməmişlər: “Zimbru” (Moldova), “Flyamurtari” (Albaniya), “Yuvaskulya” (Finlandiya), “Kliftonvill”, “Kruzaders”, “Portadaun” (Şimali İrlandiya), “Santa Koloma” (Andorra), “Dauqava” (Latviya), “Trans”, “Kalyu” (Estoniya), “Vestmannaeyar”, “Akyureyri” (İslandiya), “Floriana”, “Hibernian” (Malta), “Ordabası”, “Jetısu” (hər ikisi Qazaxıstan), “Runavik”, “Vikinqur” (Farer adaları), “Qandzasar”, “Şirak” (Ermənistan), “Llanelli”, “Kefn Druids” (Uels), “Selye” (Sloveniya), “Jeness”, “Qrevenmaxer” (Lüksemburq), “Teuta” (Albaniya), “La Fiorita” (San Marino), “Zeta” (Çernoqoriya), “Mura” (Sloveniya), “Torpedo” (Gürcüstan), “Eşen Mauren” (Lixtenşteyn), “Şaulyay” (Litva), , “Skonto” (Latviya), San-Marino və Çernoqoriya təmsilçiləri, 2 qeyri-müəyyən.

Qeyri-müəyyənlər: MTK (Macarıstan), “Metallurq” (Makedoniya), Macarıstan, Gürcüstan, Bosniya və Herseqovina təmsilçiləri

Xəbər 1103 dəfə oxundu.