Sərbəst güləşçilərimiz qitələrarası kubok yarışlarında güclərini sınayırlar
Oktyabrın 11-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə qitələrarası kubok yarışları başlayıb.

11-ci dəfə təşkil olunan ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Fərid Nəsibov, Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (hamısı 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq) və Roman Bəkirov (125 kq) təmsil edirlər.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov turnirdə ədaləti qoruyurlar.

Yarışa oktyabrın 13-də yekun vurulacaq.

Xəbər 722 dəfə oxundu.