Veteran cüdoçumuz Fərhad Rəcəbli doqquzuncu dəfə dünya çempionu olub
Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan cüdoçusu uğurla çıxış edib.

Veteran cüdoçumuz Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Bu, idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.

Qeyd edək ki, veteranlar arasında dünya çempionatı oktyabrın 10-da start götürüb. Yarışda 12 cüdoçumuz mübarizə aparır. Dünyanın 49 ölkəsindən 1100-dən artıq idmançının gücünü sınadığı dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq.

Xəbər 1025 dəfə oxundu.