"Araz" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib
"Araz" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Təmsilçimiz “Benfika” klubu ilə qarşılaşıb. Belçikada təşkil olunan oyun Portuqaliya çempionunun 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionu ilk oyununda Belçikanın “Halle-Gooik” klubuna 1:5 hesabı ilə məğlub olub.

“Araz” qrupda sonuncu oyununu oktyabrın 12-də Ukraynanın “Xerson” klubuna qarşı keçirəcək.


Xəbər 704 dəfə oxundu.