«Çelsi» Hazarı qəbul etməyə hazırdı
«Çelsi» Mançester klubları ilə transfer mübarizəsində Eden Hazarı ələ keçirmək istəyir. İdman.com.az saytının məlumatına görə, Roman Abramoviç «Lill»in 21 yaşlı oyunçusu üçün 32 milyon avro ödəməyə hazırdı. Şəxsi müqaviləyə görə isə, futbolçu 5 il ərzində 120 milyon avro alacaq. Bu o deməkdi ki, belçikalı «Çelsi» həftədə 220 min avro qazanacaq.

Çətin ki, Mançester klubları bundan artığını təklif etsinlər. Fransız mənbələrindən bildirilir ki, Hazarın agentləri sazişin təfərrüatlarını müzakirə etmək üçün dünən Londona yollanıblar. «Lill» artıq bu gün belçikalının transferi ilə bağlı danışıqlara başlamaq niyyətindədir.
Eden Hazarın Stemford Bricə keçidi «Çelsi» fanatları üçün Abramoviçin komandanı yeni mövsümdə Premyer Liqa qələbəsinə əsas namizədlər sırasına çıxarmasına bir işarədir.

Xəbər 973 dəfə oxundu.