Qolf üzrə “Ryder” Kuboku 2022-ci ildə Romada keçiriləcək
Sayca 44-cü dəfə təşkil olunacaq qolf üzrə “Ryder” Kuboku İtaliyanın paytaxtı Romanın “Marco Simone Golf & Country Club” meydançasında keçiriləcək.

Avropa və ABŞ-ın qolf ulduzları arasında gedəcək mübarizə 2022-ci il sentyabrın 30-da start götürəcək və oktyabrın 2-dək davam edəcək.

“Bu, İtaliyada “Ryder” Kubokunun populyaşdırılması istiqamətində atılan daha bir vacib addımdır. Məqsədimiz yalnız nəhəng bir tədbirə ev sahibliyi etmək deyil, eyni zamanda, idmanın bu növünü ölkəmizdə məşhurlaşdırmaqdır”, - deyə “Ryder Cup 2022” layihəsinin baş direktoru Canpaolo Montali söyləyib.

AZƏRTAC

Xəbər 717 dəfə oxundu.