BOK-un prezidenti Yunanıstanın ali “Feniks” ordeni ilə təltif edilib
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax beynəlxalq idman və Olimpiya hərəkatında xidmətlərinə görə Yunanıstanın ali “Feniks” ordeni ilə təltif olunub.

Mükafatı T.Baxa Yunanıstanın prezidenti Prokopis Pavlopulos təqdim edib.

MOK rəsmisinə idman və Olimpiya hərəkatında misilsiz xidmətlərinə görə təşəkkürünü bildirən Yunanıstan dövlətinin başçısı deyib: “Sizə Olimpiya ideyalarının, prinsiplərinin qorunması və inkişafında dəstəyinizə görə minnətdarlığımı bildirirəm. Sizin rəhbərləyiniz altında Olimpiya Oyunları öz dəyərlərini qoruyub saxlayır və bəşəriyyətə xidmət etməkdə davam edir. Beynəlxalq Olimpiya Komitəsi dünyada sülhə, demokratiyaya, sivilizasiyaya xidmət edir.

Yüksək mükafata görə təşəkkürünü bildirən T.Bax deyib ki, müasir Olimpiya Oyunlarının yaradıcısı baron Pyer de Kubertendən sonra bu mükafata layiq görüldüyü üçün xoşbəxtdir.

“Yunanıstan torpağı dünyaya iki qiymətli xəzinə bəxş edib. 2500 il bundan əvvəl demokratiya məhz burada - Afinada yaranıb. Məhz Olimpiya şəhərində 3000 il bundan əvvəl Olimpiya Oyunları keçirilib. Siz məni “Feniks” ordeni ilə təltif etməklə bütün Olimpiya hərəkatına şərəf vermiş olursunuz”, - deyə BOK prezidenti bildirib.

Təqdimetmə mərasimində Yunanıstan olimpiya ailəsinin üzvləri, BOK-un üzvü, Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, sabiq Baş Nazir Corc Papandreu, Olimpiya şəhərinin meri Georgios Georgiopulos, eləcə də digər dövlət rəsmiləri iştirak ediblər.

AZƏRTAC

Xəbər 683 dəfə oxundu.