Veteranlar arasında dünya çempionatında 12 cüdoçumuz mübarizə aparır
Oktyabrın 10-da Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı start götürüb.

Turnirdə Azərbaycanı 12 idmançı təmsil edir.

Cüdoçularımız Babək Hacıyev, Mehman Koruğluyev (hər ikisi 60 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (hər ikisi 73 kq), Mübariz Cəfərov, Firudin Kərimov (hər ikisi 81 kq), Fərhad Rəcəbli, Vüsal Cəfərov, Mahir Ağamirzəyev (hər üçü 90 kq), Elxan Rəcəbli, Yaman Fətiyev, Azər Əsgərov (hər üçü 100 kq) medallar uğrunda mübarizə aparırlar.

Dünyanın 49 ölkəsindən 1100-dən artıq idmançının gücünü sınadığı dünya çempionatı 3 gün davam edəcək.


Xəbər 752 dəfə oxundu.