Peşəkar boksçular arasında keçirilən yarışda təmsilçimiz Nicat Həsənov qələbə qazanıb | |
“Baku Fight Lab” promoutorun dəstəyi ilə peşəkar boksçular arasında keçirilən yarışda təmsilçimiz Nicat Həsənov qələbə qazanıb. Boksçumuz Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 6 raundluq reytinq görüşünün üçüncü raundunda özbəkistanlı rəqibi Şerzodbek Mamajonovu texniki nokautla məğlub edib. Qeyd edək ki, bu, idmançımızın peşəkar boksda artıq ikinci qələbəsidir. |
|
Xəbər 931 dəfə oxundu. |
|
|