Karateçimiz Roman Heydərov birinci Dünya Çimərlik Oyunlarında mübarizə aparacaq
Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Dünya Çimərlik Oyunları keçiriləcək.

İlk dəfə keçiriləcək yarışın proqramına karate də daxil edilib.

AMKF-nin prezidenti Yaşar Bəşirov və kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazovun rəhbərliyi altında karateçimiz Roman Heydərov kata yarışlarında mübarizə aparacaq.

Dünya Çimərlik Oyunlarında kata yarışları oktyabrın 12-13-də keçiriləcək.

Xəbər 705 dəfə oxundu.