Qədir Hüseynov gənc şahmatçılar üçün seans oyun keçirəcək
Milli komandamızın üzvü, dördqat Avropa çempionu Qədir Hüseynov gənc şahmatçılarla seans oyun keçirəcək.

Tədbir oktyabrın 11-də Respublika Şahmat Klubunda keçiriləcək. Seansda 50-dək gənc şahmatçının iştirakı planlaşdırırlıb. Sevindirici haldır ki, son vaxtlar qrossmeysterlərimizin uşaqlara seans verməyi artıq ənənə halına çevrilir. Belə tədbirlərin keçirilməsi Azərbaycanda gənc şahmatçıların daha da yaxşı inkişaf etməsinə xidmət edir.

Xəbər 712 dəfə oxundu.