Şahmatçımız dünya çempionatında liderlər qrupunda çıxışını davam etdirir | |
Hindistanda 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatında səkkizinci turun oyunlarına yekun vurulub. 14 yaşlı şahmatçılar arasında açıq turnirdə mübarizə aparan təmsilçimiz Aydın Süleymanlı 8 turun nəticəsinə görə liderlər qrupunda çıxışını davam etdirir. Şahmatçımız 6,5 xalla ikinci yerdə qərarlaşıb. On bir turdan ibarət dünya çempionatına oktyabrın 12-də yekun vurulacaq. |
|
Xəbər 712 dəfə oxundu. |
|
|