"Araz" komandası UEFA Çempionlar Liqasında ilk oyununu keçirib
UEFA Çempionlar Liqasında çıxış edən “Araz” futzal komandası ilk oyununu keçirib.

Azərbaycan çempionu Belçikanın “Halle-Gooik” klubu ilə qarşılaşıb. Belçikada təşkil olunan görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın heyətində Xətai Bağırov fərqlənib.

Təmsilçimiz növbəti oyununu oktyabrın 10-da Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcək.

Xəbər 725 dəfə oxundu.