U-19 komandamız Norveç yığması ilə qarşılaşıb
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Çexiyada keçirilən oyunda komandamız Norveç yığması ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

U-19 turnirdə növbəti oyununu oktyabrın 12-də Çexiya yığmasına qarşı keçirəcək.


Xəbər 721 dəfə oxundu.