Azərbaycan badmintonçularının iştirak etdiyi “Bahrain International Series 2019” turnirinə start verilib
Oktyabrın 9-da Azərbaycan badmintonçularının da iştirak etdiyi Bəhreynin Madinət-İsa şəhərində keçirilən “Bahrain International Series 2019” turnirinə start verilib.

Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq E.R.Dviçayo hindistanlı Nikhit Laxmanla üz-üzə gələcək. Digər badmintonçumuz E.Qovımuramadhoni isə avstraliyalı Yakob Şueler və hindistanlı Anay Şirpurkar duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, oktyabrın 13-də başa çatacaq turnirə 55 badmintonçu dəvət olunub. Yarışın mükafat fondu 10 min dollardır.

AZƏRTAC

Xəbər 820 dəfə oxundu.