Estoniya-Latviya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya-Latviya qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Estoniya-Latviya oyunu oktyabrın 11-də keçiriləcək.

Xəbər 761 dəfə oxundu.