“Milan” klubuna yeni baş məşqçi təyin olunub
İtaliyanın “Milan” futbol klubu yeni baş məşqçinin adını açıqlayıb.

Bu vəzifəyə 53 yaşlı Stefano Pioli gətirilib.

Mütəxəssislə iki il müddətinə müqavilə imzalanıb. İtaliyalı məşqçi yeni klubunda ildə bir milyon avro məvacib alacaq.

S.Pioli daha əvvəl “İnter”, “Latsio” və “Fiorentina” komandalarını çalışdırıb. Mütəxəssis bu vəzifədə Marko Campaolonu əvəzləyib.

AZƏRTAC

Xəbər 730 dəfə oxundu.