«Liverpul» Villaş Boaşla danışıqlara hazırlaşır
«Liverpul» bu həftə Villaş Boaşla danışıqlara başlamağa hazırlaşır. İdman.com.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin klub rəhbərliyi ilə görüşü olmalıdır. Ancaq o, vəzifəyə tək namizəd deyil.

Namizədlər sırasında Roberto Martines («Uiqan»), Fabio Kapello (işsiz), Mikael Laudrup (işsiz), Didye Deşam («Marsel») və Yurgen Kloppun («Borussiya» Dortmund) adları da var.

«Liverpul»un keçmiş sükançısı Kenni Dalqliş komandanın bitən mövsümdə uğursuz nəticələrinə görə istefaya göndərilib. Komanda çempionatı 8-ci pillədə başa vurub.

Xəbər 944 dəfə oxundu.