Sərbəst güləşçilərimiz Yakutskda güclərini sınayacaqlar
Oktyabrın 10-dan 14-dək Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) təmsil edəcəklər.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Memorialda ədaləti qoruyacaq.


Xəbər 751 dəfə oxundu.