“Real Madrid” Kərim Benzema ilə yeni müqavilə imzalayıb
İspaniyanın “Real Madrid” futbol klubu hücumçusu Kərim Benzema ilə yeni müqavilə imzalayıb.

31 yaşlı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin yayınadək uzadılıb. Hücumçunun yeni müqaviləyə əsasən, illik gəliri 11 milyon avro olacaq.

Benzemanın Madrid təmsilçisi ilə keçmiş müqaviləsi 2021-ci ilin yayınadək idi.

Fransalı hücumçu cari mövsümdə “Real Madrid”in heyətində keçirdiyi 9 oyunda 6 dəfə fərqlənib.

AZƏRTAC

Xəbər 725 dəfə oxundu.