“Kəpəz”lə “Oser” klubu arasında əməkdaşlıq protokolu
AFFA-nın baş katibi Fransaya səfərə yollanıb. İdman.com.az saytının məlumatına görə, səfər Azərbaycan və Fransanın regionları arasında sosial, iqtisadi, mədəni əlaqələrin inkişafı məqsədi daşıyır. Elxan Məmmədovla yanaşı İqtisadi İnkişaf Nazirliyinin, Gəncə, Göygöl, Balakən, Şəmkir şəhərlərinin İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan İnvestisiya və İxracatın Təşviqi Fondunun rəhbərliyinin, Milli Məclisin depuatı, Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyevin və digər rəsmi şəxslər də daxil olduğu Azərbaycan nümayəndə heyəti Fransanın Burqundiya əyalətinin Yon bölgəsində səfərdədir.

Səfər proqramı çərçivəsində sosial, iqtisadi, mədəni əlaqələrin inkişafını özündə ehtiva edən 4 sənəd imzalanıb. AFFA-nın baş katibi və Gəncə Futbol Federasiyasının sədrinin iştirakı ilə “Kəpəz” və “Oser” klubları arasında Əməkdaşlıq üzrə Protokola imza atılıb.
Qeyd edək ki, vaxtilə ölkə çempionu olan “Oser” klubu bu il Fransanın güclülər dəstəsini tərk edib.

Xəbər 1145 dəfə oxundu.