“Zirvə Astara” mövsümöncəsi turnirdə qüvvəsini sınayıb
2-6 oktyabr tarixlərində Azərbaycan Texniki Universitetinin İdman Zalında Azərbaycan Basketbol Superliqasının sezon öncəsi turniri keçirilib. Yarışda “Atom”, “Atletik Baku”, “Gəncə”, “Sərkərdə” və “Zirvə Astara” komandaları iştirak ediblər.

Turnir oktyabrın 10-da startı veriləcək basketbol üzrə Azərbaycan Superliqasına hazırlıq xarakteri daşıyır. “Zirvə Astara” da yarış zamanı qüvvəsini sınamaq, oyun təcrübəsini artıraraq daha yaxşı çıxış etmək imkanı qazandı.

Nəticələr aşağıdakı kimidir:

Zirvə-Astara – Atletik 56:68

Gəncə – Zirvə-Astara 82:92

Zirvə-Astara – Sərkərdə 80:85

Atom – Zirvə-Astara 96:82

Xatırladaq ki, 2019/2020 mövsümündə Azərbaycan çempionatı ilk dəfə olaraq Azərbaycan Super Liqası adlandırılacaq. Çempionatda 8 komanda iştirak edəcək.

Super Liqada ilk oyunda bölgə komandaları – “Zirvə” və “Gəncə” üz-üzə gələcək. Qarşılaşma CBC Sport-la canlı yayınlanacaq.

Xəbər 1003 dəfə oxundu.