«Milan» «Kruzeyro»nun qolkiperi Qabrieli alacaq
İtaliya «Milan»ı «Kruzeyro»nun 19 yaşlı qapıçısı Qabrielin keçidi ilə bağlı razılıq əldə edib. İdman.com.az saytının məlumatına görə, mümkün transferin təfərrüatı açıqlanmır. Bildirilir ki, bazar ertəsi qolkiper tibbi müayinədən keçmək üçün Milana gələcək. Rəsmi sənəd də məhz bundan sonra imzalanacaq.
Qabriel indiyədək Braziliya gənclər yığmasın formasını 15 dəfə geyinib.

Xəbər 1030 dəfə oxundu.