Ciu-citsu üzrə açıq Bakı kuboku turnirinə yekun vurulub
Şağan Olimpiya İdman Kompleksində kontakt ciu-citsu və Braziliya ciu-citsusunun gi və nogi versiyaları üzrə açıq Bakı kuboku turnirinə yekun vurulub.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ciu-citsu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə müxtəlif yaş qrupunda 100-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.

Yarışda medalların sayına görə “Kempo” idman klubu birinci olub. “Sas Bjj Team” komandası yarışı ikinci, “Şəki” isə üçüncü pillədə başa vurublar.

Xəbər 821 dəfə oxundu.