Millimizin heyətində dəyişiklik olub | |
Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə “Avro 2020”nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub. Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi”dən Namik Ələskərov millinin heyətinə dəvət olunub. |
|
Xəbər 689 dəfə oxundu. |
|
|