Badmintonçularımız “Bulgarian International Championship 2019” turnirində iştirak ediblər
Azərbaycan badmintonçuları Səbuhi Hüseynov və Cahid Əlhəsənov Bolqarıstanın Sofiya şəhərində keçirilən “Future” seriyalı “Bulgarian International Championship 2019” turnirində çıxış ediblər.

S.Hüseynov kişi badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində ilk görüşünü Yunanıstan təmsilçisi Axilleas Tsartsidisə qarşı keçirib. Üç set davam edən qarşılaşmada təmsilçimiz rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Badmintonçumuz növbəti mərhələdə İtaliya idmançısı Covanni Totiyə 0:2 hesabı ilə uduzub.

C.Əlhəsənov kişi badmintonçuların şəxsi mübarizəsində ingiltərəli Loyd Skinnerə 0:2 hesabı ilə məğlub olub.

Kişi badmintonçuların qoşa yarışında mübarizəyə səkkizdəbir final mərhələsindən qatılan C.Əlhəsənov-S.Hüseynov tandemi Finlandiya təmsilçiləri Paul Yesper-Anton Monberq cütünə 0:2 hesabı ilə uduzub.

Xəbər 724 dəfə oxundu.