Azərbaycan Premyer Liqası: “Zirə” – “Qəbələ” oyunu heç-heçə ilə başa çatıb
Oktyabrın 6-da Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.

Bu dəfə “Zirə” komandası eyniadlı stadionda “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hər iki qol ikinci hissədə vurulub. Qarşılaşmanın 64-cü dəqiqəsində Ülvi İsgəndərov “Qəbələ”ni hesabda irəli çıxarıb. Bundan cəmi üç dəqiqə sonra İlkin Muradov tarazlığı təmin edib.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran “Zirə” 5-ci pillədə qalıb. “Qəbələ” isə 5 xalla 7-ci pilləyə yüksəlib.

Xəbər 693 dəfə oxundu.