Futbol üzrə millimizin heyətində dəyişiklik edilib
Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayev əsas komandadan kənarlaşdırılıb. Onun əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.

Qeyd edək ki, yığma oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 4 gün sonra AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.

Xəbər 666 dəfə oxundu.