Bekhem alovlandırdı
2012-ci il London Yay Olimpiya Oyunlarının alovu Yunanıstandan Böyük Britaniyaya gətirilib. İdman.com.az saytının məlumatına görə, məşəli «British Airways»in xüsusi reysi ilə Londona çatdırıblar. Təyyarə Britaniya Kral hərbi dəniz qüvvələrinin Kaldrouzdakı bazada yerə enib. Bu baza İngiltərənin cənubi-qərbindəki Kornoull qraflığında yerləşir.

Britaniya nümayəndə heyətinə kraliça II Yelizavetanın qızı şahzadə Anna, İngilərə yığmasının keçmiş oyunçusu Devid Bekhem və London Oyunlarının təşkilat komitəsinin rəhbəri Sebatsan Kou başçılıq edirdilər. Məşəli Britaniyada Devid Bekhem alovlandırıb. Təntənəli mərasimdən sonra məşəl Böyük Brtinaiya ərazisində 70 günlük səfərə başlayıb. Bu müddət ərzində onu 8 minə yaxın adam daşıyacaq.

Xəbər 1019 dəfə oxundu.