Şamaxıda sərbəst güləş üzrə VII açıq respublika turniri keçirilir | |
Şamaxıda Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII açıq respublika turniri keçirilir. Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan ənənəvi yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparırlar. Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatıldığı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edirlər. Böyük marağın olduğu yarışda 350-dək yeniyetmə pəhləvan çıxış edir. |
|
Xəbər 694 dəfə oxundu. |
|
|