Cüdo üzrə region yarışları Naftalanda davam etdirilib
Naftalanda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə region birinciliyi keçirilib.

Aran Qarabağ bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib.
Qeyd edək ki, Aran Qarabağ regionu üzrə birincilikdə Bərdə, Ağdam, Yevlax, Goranboy, Laçın, Ağcabədi, Göyçay, Zərdab, Xocalı, Ucar, Naftalan, Beyləqan cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Mingəçevirdə davam etdiriləcək.


Xəbər 724 dəfə oxundu.