Azərbaycan idmançısı İrina Zaretska Karate1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb
Azərbaycan idmançısı İrina Zaretska Moskvada keçirilən Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.

Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan İ.Zaretska Braziliya təmsilçisi Natalia Spiqolon, danimarkalı Ketrin Pederson və çinli Linqlinq Tanqı məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda karateçimizin rəqibi Marina Pakoviç (Monteneqro) olub. Rəqibinə qalib gələn İ.Zaretska turnirin finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə karateçimizin rəqibi çinli Qonq Li olacaq. Görüş oktyabrın 6-da keçiriləcək.

Digər karateçilərimiz Rafael Ağayev (75 kq) qızıl, Nuranə Əliyeva (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.
Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 idmançı yarışır.


Xəbər 831 dəfə oxundu.