Ciu-citsu üzrə açıq Bakı kuboku turnirinə start verilib
Oktyabrın 5-də Şağan Olimpiya İdman Kompleksində kontakt ciu-citsu və Braziliya ciu-citsusunun gi və nogi versiyaları üzrə açıq Bakı kuboku turnirinə start verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ciu-citsu Federasiyasının birgə təşkilatçılığı ilə bütün yaş qrupları üzrə keçirilən turnirdə 100-dək idmançı birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, yarışa oktyabrın 6-da yekun vurulacaq.

Xəbər 933 dəfə oxundu.