Sneyderin xanımını döymək istəyirlər
Niderlandlı futbol ulduzu Uesli Sneyderin model həyat yoldaşı Yolante Kabae niderlandlı televiziya tamaşaçılarının tənqid atəşinə tuş gəlib. İdman.com.az saytının məlumatına görə, buna səbəb onun tanınmışların həyatına həsr edilən «Yolante 3» proqramının son buraxılışı olub.

Kütlənin narazılığına səbəb olan verilişdə Kabaunun qonağı Hollivud ulduzu Peris Hilton olub. Məlum olub ki, bu verilişi tamaşaçılar çoxdan gözləsə də, Kabau işini yarıtmayıb. Proqramma rekord sayda tamaşaçı baxsa da, tənqidlərin və hədə qorxuların sayı-hesabı olmayıb.

Sosial şəbəkələrdə belə mesajlardan istənilən qədər olub: «Yolanteni görəndə onu vurmaq istəyirəm», «Bundan pis reportaj xatırlamıram», «O, jurnalist deyil, bilmirəm nədi». Yolante mesajları oxumayıb, sadəcə onların sayına baxaraq təşəkkür yazıları bilib və diqqətə görə onlara ümumi şəkildə öz minnətdarlığını bildirib.

Xəbər 986 dəfə oxundu.