Formula 1 rəhbərliyinin yeni komandalar haqqında bəyanatı
2021-ci ildə dünya çempionatında debüt etmək arzusunda olan yeni komandalara Avropa mətbuatında həsr edilən yazılara Formula 1-də reaksiya veriblər. Bəyanatın məzmunu elədir ki, bu qısa mətnin xüsusi şərhə ehtiyacı yoxdur.

Dünən axşam elan edilən bəyanatda deyilir: “Son zamanlar bəzi təşkilatlar 2021-ci ildən dünya çempionatında çıxış etmək istəkləri barədə bildiriblər. Bu, ictimai rezonans yaradıb.

Formula 1-də bu marağın dəyərləndirilməsinə baxmayaraq, biz təsdiqləyə bilərik ki, hansısa yeni komandanın çempionatda iştirakı ilə bağlı nə ayrı-ayrı şəxslərlə, nə şirkətlərlə heç bir ciddi müzakirələr aparılmayıb”.

AZƏRTAC


Xəbər 741 dəfə oxundu.