“Premier” futzal komandası “Bakı”nı minimal hesabla məğlub edib
Oktyabrın 4-də futzal üzrə Yüksək Liqanın dördüncü turu çərçivəsində “Bakı” komandası “Premier” ilə qarşılaşıb.

“Olimpik Star”da keçirilən oyunda “Premier” komandası minimal hesablı qələbə qazanıb – 3:2.

Baş hakim Mehman Mahmudovun idarə etdiyi oyunda “Premier”in heyətində Firudin Ağalarov dubl edib, Sabir Əlişan isə bir dəfə fərqlənib. “Bakı”nın qollarını Tural Lətifov və Taleh Ağayev vurublar.

Tura bu gün keçiriləcək “Araz”-“Xızı” qarşılaşması ilə yekun vurulacaq.

“Marafon”–“Baku Fire” oyunu birincilərin müraciəti əsasında təxirə salınıb.

Qeyd edək ki, üç turdan sonra 9 xala malik “Araz” və “Neftçi” turnir cədvəlində ilk iki pillədə yer alıblar. EKOL, “Baku Fire” və “Bakı” 6 xalla 3-5-ci yerdə qərarlaşıblar.

Xəbər 943 dəfə oxundu.