Yüksək Liqa: “Neftçi” komandası növbəti qələbəsini qazanıb
Oktyabrın 4-də futzal üzrə Yüksək Liqanın dördüncü turu çərçivəsində növbəti oyun keçirilib.

“Olimpik Star”da təşkil olunan oyunda “Record club” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Neftçi” komandası 6:4 hesabı ilə qələbə qazanıb.

Baş hakim Azər Əsgərovun idarə etdiyi oyunda qalib komandanın heyətində Oqtay Rüstəmli, Amir Aştiyani, Rüfət Balakişiyev, Əjdər Əjdərov, Emil Həsənzadə və Tofiq Hüseynov fərqləniblər. Rəqib komandanın qollarını isə Sina Camali vurub.
Tura bu gün keçiriləcək “Bakı”-“Premier” və “Araz”-“Xızı” qarşılaşmaları ilə yekun vurulacaq.

“Marafon”–“Baku Fire” oyunu birincilərin müraciəti əsasında təxirə salınıb.

Qeyd edək ki, üç turdan sonra 9 xala malik “Araz” və “Neftçi” turnir cədvəlində ilk iki pillədə yer alıblar. EKOL, “Baku Fire” və “Bakı” 6 xalla 3-5-ci yerdə qərarlaşıblar.


Xəbər 736 dəfə oxundu.