U-17 komandamızın üzvlərindən fiziki test normativləri götürülüb
Bakı Olimpiya Stadionunun süni meydançasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərindən fiziki test normativləri götürülüb.

Azsport.az saytı AFFA-ya istinadla xəbər verir ki, iki gün davam edən testlərin nəticələrinə uyğun olaraq oktyabrın 7-dən fitnes məşqləri keçiriləcək.

Məşqlər “İdman elmi / güc və kondisiya” layihəsi çərçivəsində həftədə iki dəfə olmaqla Bakıda və Qəbələdə təşkil olunacaq.

Xəbər 771 dəfə oxundu.