İdman gimnastlarımız Almaniyada dünya çempionatında iştirak edirlər
Oktyabrın 4-də Almaniyanın Ştutqart şəhərində “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli idman gimnastikası üzrə dünya çempionatı start götürüb.

Oktyabrın 13-dək davam edəcək yarışda ölkəmizi 4 gimnast təmsil edir. Medallar və lisenziya uğrunda millimizin heyətində İvan Tixonov, Nikita Simonov, Murad Ağarzayev və Marina Nekrasova mübarizə aparacaqlar.

Doxsan iki ölkədən 540 atletin mübarizə apardığı yarışda 14 dəst medal sahibini tapacaq.

Qeyd edək ki, “Tokio 2020”yə lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatına sentyabrın 16-22-də Bakı ev sahibliyi edib. Çempionatda 61 ölkədən 300-dən artıq gimnast birincilik uğrunda mübarizə aparıb.

Xəbər 575 dəfə oxundu.