“Məhsul” həndbol komandası avrokuboklarda mübarizə aparacaq
Kişi həndbolçulardan ibarət “Məhsul” komandası “Challenge Cup” turnirində mübarizə aparacaq.

Azərbaycan çempionu ilk mərhələdə Norveçin “Drammen HK” klubu ilə qarşılaşacaq. Oyunlar rəqib komandanın meydanında keçiriləcək. Komandalar oktyabrın 5-6-da qarşılaşacaqlar. Görüşləri Premsl Fukala və Radek Moyladan ibarət çexiyalı hakimlər briqadası idarə edəcək. Avropa Həndbol Federasiyasının rəsmi nümayəndəsi isə islandiyalı Reynir Stefansson olacaq.

Xəbər 976 dəfə oxundu.