Sədərək rayonunda mini-futbol turniri keçirilib
Sədərək rayonunun Heydərabad qəsəbəsinin mini-futbol meydançasında rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq-gənclər idman məktəbinin, Naxçıvan Futbol Federasiyası Sədərək Rayon bölməsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə məktəblilər arasında mini-futbol turniri keçirilib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov çıxış edib, yarış iştirakçılarına uğur arzulayıblar.

Sonra turnirə start verilib. Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Sədərək” komandası qalib adını qazanıb. Həmin məktəbin “Əjdəkan” komandası ikinci, 2 nömrəli tam orta məktəbin “Kəhriz” komandası isə üçüncü olub.

Qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.


Xəbər 738 dəfə oxundu.