Azərbaycan badmintonçuları İndoneziyada keçirilən beynəlxalq turnirdə çıxışlarını başa vurublar
Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni İndoneziyanın Malanq şəhərində keçirilən “BWF Tour Super 100” seriyalı "YUZU Indonesia Masters 2019" turnirində çıxışlarını başa vurublar.

Mübarizəyə əsas mərhələdən başlayan badmintonçularımızdan Edi Reski Dviçayo 1/32 finalda malayziyalı Eveşqaran Vasiqaran üzərində 2:0 hesablı qələbə qazanıb. E.R.Dviçayo növbəti mərhələdə indoneziyalı İkhsan Leonardo İmanuel Rumbayla qarşılaşıb. Üç set davam edən görüşdə badmintonçumuz rəqibinə 1:2 hesabı ilə uduzub.

Ezmi Qovimuradhoni isə əsas mərhələdə indoneziyalı Visnu Yuli Prasetyoya 0:2 hesabı ilə məğlub olub.

Xəbər 836 dəfə oxundu.