Astaralı idmançılar Cəlilabadda keçirilən açıq zona birinciliyində 16 medal qazanıblar
Cəlilabad şəhərində Azərbaycan Budo Döyüş Növləri Federasiyası və Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə idmanın sabaki citsu karate növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən açıq zona birinciliyində astaralı idmançılar uğurla çıxış ediblər.

Üç gün davam edən açıq zona birinciliyində sabaki citsu karate idman növünün “semi contakt” sistemində astaralı idmançılardan İsa Hüseynov (55 kq) birinci, Mirzə Əliyev (32 kq) və Hüseyn Ali (29 kq) ikinci, Bəhməz Şabanov (38 kq), Nihad Abdullazadə (29 kq) və İbrahim İbrahimov (25 kq) üçüncü yeri tutublar.

“Full contakt” sistemində Hüseyn Sultanlı (30 kq), Amin Hüseynov (34 kq), Şahlar Rzayev (34 kq), Fərid Nəsirzadə (56 kq) birinci, Əli Əliyev (55 kq), Seymur Həsənov (36 kq), Fərid Nəsirzadə (56 kq) və Orxan Məmmədzadə (65 kq) ikinci, “free contakt” sistemində isə Hüseyn Həsənzadə (35 kq) birinci, Zaur Mirzəyev (30 kq) ikinci yeri əldə ediblər.

İdmançıları yarışa məşqçi-müəllimlər, VI dan qara kəmər ustası Ramiq Rəhmanov və III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.


Xəbər 798 dəfə oxundu.