UEFA Gənclər Liqası: “Qəbələ” komandası APOEL ilə heç-heçə edib
Oktyabrın 2-də UEFA Gənclər Liqası turnirindəki təmsilçimiz “Qəbələ” komandası Kiprin APOEL klubu ilə qarşılaşıb.

Nikosiya şəhərindəki “Makarion” stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Furkat Atacanov olub.

Komandalar arasında növbəti oyun oktyabrın 24-də saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər 1043 dəfə oxundu.