Göygöldə cüdo üzrə region birinciliyinə yekun vurulub
Göygöldə Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyinə yekun vurulub.

Qərb bölgəsi üzrə keçirilən birincilikdə Gəncə, Göygöl, Qazax, Tovuz, Ağstafa, Şəmkir və Samux cüdoçuları mübarizə aparıblar.

Qalib və mükafatçılara Azərbaycan Cüdo Federasiyasının diplomu və medallar təqdim olunub.

Qeyd edək ki, növbəti region birinciliyi Naftalanda keçiriləcək.


Xəbər 8164 dəfə oxundu.