Boccia üzrə “Seni Cup” Azərbaycan çempionatı keçiriləcək | |
Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatı keçiriləcək. Çempionatın qrup mərhələləri üzrə yarışlar dekabrın 7-də başlayacaq. Final mərhələsi isə dekabrın 13-də Bakıda baş tutacaq və nəticələrə əsasən boccia üzrə Azərbaycan milli komandasının heyəti formalaşacaq. Yarışda Azərbaycanın bütün regionlarından 80-dən çox fiziki məhdudiyyətli idmançı iştirak edəcək. Oktyabrın 2-də Milli Paralimpiya Komitəsində çempionatla bağlı müzakirə aparılıb. Təşkilati işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, boccia idman növü 1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir. İdmanın bu növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər. |
|
Xəbər 744 dəfə oxundu. |
|
|