Cüdo üzrə “Zirvə”nin açıq birinciliyi keçirilib
Sentyabr ayının 29-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında cüdo üzrə 2005-2006-cı il təvəllüdlü oglanlar arasında Zirvə Beynəlxalq İdman Klublarının açıq birinciliyi keçirilib. Yarışda Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən klublar və ölkənin müxtəlif bölgələrindən yüzdən çox idmançı iştirak edib.

Birinciliyin təşkilində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, yeniyetmələr arasında dostluq əlaqələrinın yaradılması, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublika və şəhər birinciliklərində iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsi olub.

Qaliblər 34, 38, 42, 46, 50, 55, 60, 66, 73 və +73 kq çəki dərəcələrində müəyyən ediliblər. Yarışda I-II-III yerləri tutan idmançılar Zirvə Beynəlxalq İdman klubları tərəfindən Fəxri Fərman, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 727 dəfə oxundu.