İki yeniyetmə taekvondoçumuz Avropa birinciliyinin finalına yüksəlib
Oktyabrın 1-də İspaniyanın Marona Dor şəhərində yeniyetmə taekvondoçular arasında Avropa birinciliyinə start verilib.

Yarışda Azərbaycan yığma komandasının altı üzvü mübarizəyə qoşulub. Qitə birinciliyində uğurlu çıxış edən millimizin üzvlərindən üçü medalı təmin ediblər.

Belə ki, 29 kiloqram çəki dərəcəsində yarışa qatılan Zemfira Həsənzadə və Pünhan Mürsəlov (41 kq) finala, Şamil Mirzəyev (33 kq) isə yarımfinala vəsiqə qazanıb.

Digər idmançılarımızdan Fatimə Həsənova (37 kq), Nihad Məmmədzadə (37 kq) və Kənan Əmiraslanov (45 kq) mübarizəni yarışın müxtəlif mərhələlərində dayandırmalı olublar.

Yığma komanda baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə İspaniyaya yollanıb.
Komandamız Vətənə oktyabrın 4-də qayıdacaq.

Xəbər 906 dəfə oxundu.