“Ay-ulduzlular”ımız Yaponiyaya yollandı
Bu gün Azərbaycan milli komandası Yaponiyaya səfər edib. İdman.com.az saytının məlumatına görə, almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu “ay-ulduzlular”ımız Asiyanın ən titullu yığması ilə yoldaşlıq görüşünə hazırlığa yollanıb.

AFFA ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən razılaşdırılan matç Şizuoka şəhərindəki “Ekopa” stadionunda keçiriləcək. Yaponiya - Azərbaycan oyunu mayın 23-də Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.

Millimizin legioner futbolçuları çempionatın başa çatmağından istifadə edərək, vətənlərinə istirahət yollanmışdılar və mayın 19-da Bakıya qayıdıblar. Burada bir araya gələn yığmamız səfərə çıxıb. Foqts qarşıdakı günlərdə hazırlığı orada keçirib, matça çıxandan sonra komandanı vətəninə aparacaq. Belə ki, millimiz Yaponiyadan Almaniyaya yollanaraq, Frankfurtda təlim-məşq toplanışı keçəcək və mayın 30-da orada Andorra yığması ilə yoldaşlıq görüşü keçirəndən sonra Bakıya qayıdacaq.

Xəbər 1027 dəfə oxundu.